Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zərdabda “Mercedes” aşdı, sürücü öldü - Video
 
						Zərdabda “Mercedes” aşdı, sürücü öldü 
							 - Video
Əlavə olunub: 03.17.2025 | 11:25 | Baxılıb: 2645
Dünən Zərdab-Kürdəmir yolunda ağır qəza baş verib.

“omrum.az” xəbər verir ki, “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü vəfat edib: “Dünən günorta saatlarında Zərdab rayonunun İsaqbağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini A.Abbasov idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Araşdırmalar aparılır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.