Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ziya Hüseynzadəyə 8 il 6 ay həbs verildi
 
						Ziya Hüseynzadəyə 8 il 6 ay həbs verildi
Əlavə olunub: 03.10.2025 | 17:09 | Baxılıb: 5767
Model sevgilisini döyməsi ilə gündəmə gələn Ziya Hüseynzadənin dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirləndirildiyi iş üzrə məhkəmə araşdırması başa çatıb.

“omrum.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Ziya Hüseynzadə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Hüseynzadənin digər cinayət işi üzrə məhkəmə araşdırması da davam edir. Həmin işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hüseynzadə həmin prosesdə əzab verməkdə, xuliqanlıqda, oğurluqda və digər cinayətlərdə ittiham olunur.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.